Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Azərbaycanlı bəstəkar vəfat etdi

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.
“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilib ki, Ruslan Əhmədoğlu Türkiyədə istirahətdə olarkən qəfil səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Əhmədoğlu mərhum prokuror Əhməd Həsənovun oğludur. O, bir çox mahnının bəstəkarıdır.























































