Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
“Heqiqixeber.az” xəbər portalı olaraq 06.07.2025-ci il tarixində Şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevin oğlu Xaliq Fərzəliyevə qarşı baş vermiş haqsızlıqla bağlı araşdırma materialı dərc etdik. Sözügedən yazı təkcə xəbər saytında deyil, eyni zamanda geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə “TikTok” sosial platformasında da paylaşılmışdır.
Məlum olduğu kimi, sosial şəbəkələrin rəy bölməsi ictimai müzakirə üçün açıqdır və vətəndaşlar burada azad şəkildə fikirlərini bildirə bilirlər. Lakin yazının yayımlandığı andan etibarən “salman19” istifadəçi adı ilə bir şəxs ardıcıl olaraq şikayətçi Xaliq Fərzəliyevi hədəf almağa, onu qınamağa və əsassız ittihamlar irəli sürməyə başladı. Hətta həmin şəxs iddia etdi ki, guya Xaliq Fərzəliyev atasının - Şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevin adından istifadə etdiyinə görə, qəhrəmanın büstü dağıdılıb.
“Heqiqixeber.az” redaksiyasının apardığı ilkin araşdırma nəticəsində bu istifadəçi profilinin Füzuli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahib Rəcəbəli oğlu Bağırovun qardaşı – Salman adlı şəxsə məxsus olduğu müəyyən edilib. Daha da narahatedici məqam ondan ibarətdir ki, həmin Salman adlı şəxs öz sosial media profil şəkilini dəyişərək, Milli Qəhrəmanın ailə üzvlərinə qarşı açıq şəkildə təhqiramiz ifadələr işlətmişdir.
İctimai reaksiyaların artmasından sonra, 08.07.2025-ci il tarixdə “salman19” adlı istifadəçi bütün yazdıqlarını “TikTok” platformasından silmişdir. Bu isə haqlı olaraq bir sualı gündəmə gətirir: əgər yazdıqlarınız doğru idisə, niyə yazdıqlarınızı sildiniz? Və daha önəmli sual: nə səbəbdən şəhid ailəsini açıq şəkildə təhqir etdiniz?
Bu hadisə ictimaiyyətin kəskin qınağına səbəb olmuş, sosial şəbəkələrdə geniş rezonans doğurmuşdur. Şəhid ailəsinə qarşı bu cür davranış nə insani, nə hüquqi, nə də etik müstəvidə heç cür əsaslandırıla bilməz.
“Heqiqixeber.az” olaraq aidiyyəti qurumlardan xahiş edirik ki, Milli Qəhrəman Pəhlivan Fərzəliyevin ailəsinə qarşı yönəlmiş bu təhqir və təzyiqlərlə bağlı məsələ dərindən araşdırılsın, faktlar hüquq çərçivəsində qiymətləndirilsin və məsul şəxslər barəsində müvafiq tədbirlər görülsün.
Mövzu diqqətimizdədir.
Adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir.






















































