Menu
Xəbər Lenti
Sabah hava necə olacaq?
Bugün, 10:01

Sabah hava necə olacaq?

“Napoli” finala yüksəldi
19-12-2025, 05:14

“Napoli” finala yüksəldi

10 istiqamətdə tıxac var
18-12-2025, 05:32

10 istiqamətdə tıxac var

Faydası qabığında imiş...
18-12-2025, 05:15

Faydası qabığında imiş...

NASA-nın rəhbəri o seçildi
18-12-2025, 05:07

NASA-nın rəhbəri o seçildi

Quterreş ona zəng etdi
18-12-2025, 05:04

Quterreş ona zəng etdi

07 Tem 13:10Manşet / Dünya

İbrahim Kalın sabah Bağdada gedəcək

 

Türkiyədə PKK terror təşkilatının özünü ləğv etməsindən sonra Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iyulun 8-i Bağdada gedəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Qeyd olunur ki, PKK-nın yaxın günlərdə silahı yerə qoyacağı gözlənilir. İ. Kalın isə tərksilah prosesini koordinasiya etmək üçün Türkiyə ilə İraq arasında əlaqə qurur.

Xatırladaq ki, bu ilin fevralın sonlarında PKK (Kürdüstan İşçi Partiyası) terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına silahı buraxmaqla bağlı çağırış edib. PKK/PYD terror təşkilatının lideri Salih Müslim isə “Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, bu şərtlə silahlarımızı yerə qoyacağıq”, - deyə bildirib.

Mart ayında isə PKK terror təşkilatı atəşkəs elan etdiyini, həmçinin Öcalanın çağırışına əməl olunacağını açıqlayıb.

PKK may ayında özünü ləğv etdiyini açıqlayaraq Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.