HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Bakıda və Abşeronda unun topdansatış qiyməti azalıb

Bakı və Abşeronda unun topdansatış qiyməti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 7-nə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25.8-28 manat arasında dəyişib.
Həmçinin, bu göstərici ötən həftə ilə dəyişməyib.
O cümlədən, Bakı şəhərində və Abşeron rayonunda unun topdansatış qiyməti 26.5-27.3 manat arasında dəyişib. Minimum qiymət dəyişməz qalıb, maksimum qiymət isə 0.7% azalıb.
Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25.8 manat təşkil edib ki, bu da 1 həftə əvvələ nisbətən eynidir.
Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub - burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə eynidir.























































