Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar

Şahzadə Harri və Meqan Markl qənaət siyasətini davam etdirirlər. Sasseks hersoqu və hersoginyası Kaliforniyada fəaliyyət göstərən komandalarında daha bir neçə əməkdaşla yollarını ayırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Artıq ictimaiyyətlə əlaqələrə cavabdeh olan şəxsləri öz heyətlərində saxlamaq əvəzinə, cütlük bu sahədə xidmət göstərən kənar PR agentliyi ilə əməkdaşlıq edəcək. Səbəb - daimi ştatın saxlanılmasının həddindən artıq baha başa gəlməsidir.
Baxmayaraq ki, Meqan Marklın "As Ever" brendinin uğurlu startı və "Netflix"lə iri müqaviləsi mövcuddur, cütlük yenə də ciddi xərclərlə üzləşir. Məsələn, təkcə təhlükəsizlik tədbirlərinə illik təxminən 2 milyon dollar, Montesitodakı malikanənin vergilərinə isə təxminən 300 min dollar xərclənir.
Bir insayderin sözlərinə görə, Harri və Meqan maliyyə vəsaitlərini daha effektiv şəkildə bölüşdürmək istəyirlər.
"Ştatlı əməkdaş saxlamaq artıq bir lüksdür. Qısamüddətli müqavilələr bağlamaq daha sərfəlidir", - deyə mənbə vurğulayıb.
Mütəxəssislər hesab edirlər ki, bu addımlar tam əsaslandırılıb. Çünki ABŞ-də yaşamaq kifayət qədər baha başa gəlir və maliyyə baxımından müstəqil olmaq, hətta keçmiş kral ailəsi üzvləri üçün belə, asan deyil.






















































