Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

25-27 iyun tarixlərində lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada təşkil edilən qəbul imtahanının nəticələri açıqlanıb.
“Qafqazinfo” Təhsil İnstitutuna istinadən xəbər verir ki, nəticələr iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Bildirilib ki, ümumilikdə 29 375 şagird qeydiyyatdan keçib. Ölkə üzrə 52 müxtəlif mərkəzdə 26 619 şagirdin iştirakı ilə imtahan prosesi uğurla təşkil edilib.
İmtahanın gedişində qayda pozuntuları aşkar edilib, məsul şəxslər tərəfindən aktlaşdırılıb və pozuntuya yol verən şagirdlərin nəticələri təlimata uyğun olaraq ləğv edilib. Nəticələrin daha detallı təhlili zamanı uyğunsuzluqlar aşkar edilib, imtahan zallarındakı müşahidə kameralarının görüntülərinə, mərkəz rəhbərləri və sinif nəzarətçilərinin protokollarına, şagirdlərin cavab kartlarına baxılıb və yekun olaraq təxminən 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb.
Araşdırmanın aparılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunda müvafiq komissiya yaradılıb. Bu proses şagird və valideynlərin iştirakı ilə həyata keçiriləcək. Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.























































