Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
Ukraynalı polkovniki qətlə yetirən Rusiya agentləri zərərsizləşdirildi

Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə Kiyevdə UTX-nin polkovnikini öldürən xüsusi xidmət orqanlarının agentlərini zərərsizləşdiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanı teleqram kanalında məlumat yayıb.
Xüsusi əməliyyata UTX-nin rəhbəri Vasili Malyukun şəxsən rəhbərlik etdiyi qeyd olunur.
“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent-döyüş qrupu əvvəlcədən Ukraynaya göndərilib və üç gün əvvəl UTX-nin əməkdaşı, polkovnik yoldaşımız İvan Voroniç öldürülüb. Gizli axtarış və aktiv əks-kəşfiyyat fəaliyyəti nəticəsində düşmənin məkanı aşkar edilib. Həbs zamanı müqavimət göstərməyə başlayıblar, atəş açanlar zərərsizləşdirilib”, - Malyuk deyib.
İstintaqın məlumatına görə, ukraynalı polkovnikin qətlini iki nəfər - kişi və qadın törədib. Onların idarəçisi UTX-nin əməkdaşını izləməyi, onun gündəlik cədvəlini və səyahət marşrutlarını təyin etməyi əmr edib.
Xatırladaq ki, iyulun 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Kiyevdə İvan Voroniç güllələnib. O, 5 güllə yarası alıb və hadisə yerində ölüb. 50 yaşlı İ. Voroniç ötən il noyabrından Ukrayna Təhlükəsizlik Xidmətinin 16-cı Baş İdarəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışırmış.






















































