Menu
Xəbər Lenti
Bu yollarda sıxlıq var
15-07-2025, 09:59

Bu yollarda sıxlıq var

Sessiya başa çatdı
14-07-2025, 11:22

Sessiya başa çatdı

Sabah 39° isti olacaq
11-07-2025, 12:10

Sabah 39° isti olacaq

16 Tem 10:12Manşet / Cəmiyyət

Bu ərazilərə yağış yağıb

bu-erazilere-yagis-yagib

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Ağstafada 9, Şahdağda 6, Tovuzda 3, Qubada 2, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə 1 mm-dir.

İyulun 15-i axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Ağstafada 25, Şəmkir və Tovuzda 20 m/s dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-də, eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.