İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı
“Deyirlər ki, qocalmısan...”
Türkiyəli müğənni Hadisə üzündəki qırışlarla bağlı tənqidlərə cavab verib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.
“Arıqlayırıq, mühakimə olunuruq. Kökəlirik, yenə mühakimə olunuruq. Filtrlərdən istifadə edirik, “həqiqi deyil” deyirlər. Üz cizgilərimizi necə varsa, elə göstəririk, deyirlər ki, qocalmısan. Onlar düşünürlər ki, qadın olmaq hər cəhətdən mühakiməyə açıq olmaq deməkdir. Amma mən nə səhnədə, nə də güzgüdə bu qaydalarla yaşamışam.
Bu şəkil də mənimdir, cizgilərim də mənimdir. Sözüm, bədənim, səhnəm də mənimdir. Və bu azadlığı kiməsə izah etməli deyiləm.
Qorxmadım, qorxmayacağam. Məni qorxuda bilməyəcəksiz”,- deyə o yazıb.
Qeyd edək ki, 40 yaşlı müğənni yeni mahnısı “Fırtınam”ı filtrsiz və fotoşopsuz şəkildə oxuduğu üçün tənqdilərə məruz qalıb. İzləyicilər onun üzündəki cizgiləri, göz ətrafındakı qırışları və makiyajı bəyənməyiblər.













