Menu
Xəbər Lenti
Liderlər Füzulidədir
Bugün, 09:22

Liderlər Füzulidədir

Neftimiz ucuzlaşdı
Bugün, 08:46

Neftimiz ucuzlaşdı

Bu yollarda sıxlıq var
15-07-2025, 09:59

Bu yollarda sıxlıq var

Sessiya başa çatdı
14-07-2025, 11:22

Sessiya başa çatdı

17 Tem 09:15Manşet / Gündəm

Azərbaycan və Qazaxıstan XTQ mənsubları görüşdü

 

Azərbaycan və Qazaxıstan Müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəmizdə keçirilən görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. 

Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.

Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.