Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Rusiyada azərbaycanlı biznesmen saxlanıldı

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları daha bir azərbaycanlını saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İctimai Palatanın üzvü Dmitri Çukreev “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, saxlanılan sahibkar Elvin Şükurov öncədən əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə böyük miqdarda markalanmamış alkoqollu məhsulların satışı məqsədilə istehsalı, saxlanması və daşınması üzrə ittiham olunub.
Qeyd olunub ki, Elvin Şükurov Sverdlovsk vilayətinin Pervouralsk şəhərində yerləşən saxta alkoqol istehsalı və qablaşdırılması ilə məşğul olan gizli sexdə işləyirmiş.
Rosqvardiya əməkdaşları Sverdlovsk Daxili İşlər Baş İdarəsinin dəstəyi ilə həmin obyektin fəaliyyətini dayandırıblar. E.Şükorov isə istintaq təcridxanasına göndərilib.
“Kommersant” qəzetinin məlumatına görə, Yekaterinburqda azərbaycanlılardan ibarət etnik qruplaşmanın üzvləri saxta alkoqolun tədarükündə şübhəli bilinir.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Yekaterinburqda OMON dəstələri azərbaycanlıların yaşadığı ünvanlara basqın etmişdilər. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülmüş, bir neçə nəfər isə saxlanılmışdı.






















































