"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
“Putin və Zelenskinin iştirakı ilə sammit barədə razılığa gəlinib”

“Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Türkiyədə sammitin keçirilməsi barədə prinsipial razılığa gəlinib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Hakan Fidan deyib.
O qeyd edib ki, liderlərin necə və hansı şərtlərlə görüşməli olduqları məsələsini 23 iyulda İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri müzakirə ediblər. Həmçinin bildirib ki, müzakirələr davam edərsə, nəticə əldə etmək mümkün olacaq.
Nazir vurğulayıb ki, Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə təkcə regionda deyil, bütün dünyada çox ciddi nəticələrə səbəb olub və bu, daha genişmiqyaslı bir müharibəyə çevrilə bilər: “Bu, nüvə silahı istisna olmaqla bütün silahların istifadə olunduğu ağır və baha başa gələn bir müharibədir”.






















































