Menu
Xəbər Lenti
Sabah hava necə olacaq?
Bugün, 10:01

Sabah hava necə olacaq?

“Napoli” finala yüksəldi
19-12-2025, 05:14

“Napoli” finala yüksəldi

10 istiqamətdə tıxac var
18-12-2025, 05:32

10 istiqamətdə tıxac var

Faydası qabığında imiş...
18-12-2025, 05:15

Faydası qabığında imiş...

NASA-nın rəhbəri o seçildi
18-12-2025, 05:07

NASA-nın rəhbəri o seçildi

Quterreş ona zəng etdi
18-12-2025, 05:04

Quterreş ona zəng etdi

26 Tem 09:49Manşet / Dünya

“Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyirlər” - Putinin köməkçisi

rusiyanin-erazi-butovluyunu-pozmaq-isteyirler

“NATO hərbi yolla Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyir”.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

“Kalininqrad vilayətinə yönəlmiş hədələr NATO-ya üzv ölkələrin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü hərbi yolla pozmaq niyyətlərinin növbəti sübutudur. Kalininqrad vilayətinə ediləcək istənilən hücuma Rusiya bütün qüvvə və vasitələrilə dərhal cavab verəcək”, - o bildirib.

Bundan əvvəl ABŞ-nin Avropa və Afrika qoşunlarının komandanı general Kristofer Donahyu bəyan etmişdi ki, NATO və onun müttəfiqləri Kalininqrad vilayətini məhv etmək üçün bütün imkanlara malikdir. Onun sözlərinə görə, bu region hər tərəfdən NATO-ya üzv ölkələrlə əhatə olunub və bu bölgəni yer üzündən qısa müddətdə silə bilərlər.