"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Yeni çip üçün 16,5 milyard dollarlıq müqavilə imzaladı

“Samsung Electronics” amerikalı milyarder, “Tesla” və “SpaceX”in sahibi İlon Maskın şirkəti üçün çip tədarük edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mask “X” hesabında paylaşım edib.
İş adamı bunun üçün sözügedən transmilli şirkətlə 16,5 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.
“Samsung”un Texasda yerləşən yeni meqafabriki “Tesla”nın yeni nəsil A16 çipinin istehsalına həsr olunacaq. Onun strateji əhəmiyyətini qiymətləndirmək olmaz”,- deyə İ. Mask bildirib.
Qeyd edək ki, “Samsung” bu müqavilənin detallarını 2033-cü ilin sonuna qədər açıqlamayacaq. Səbəb isə şirkətin kommersiya sirlərini qorumaqla bağlı öhdəlik götürməsidir.
A16 çipinin konkret nə vaxt istehsal ediləcəyi elan edilməsə də, Mask daha əvvəl yeni nəsil A15 çipinin istehsalına 2026-cı ilin sonunda başlayacağını bildirmişdi.
Xatırladaq ki, “Samsung” şirkəti hazırda “Tesla”nın A14 çiplərini istehsal edir.






















































