Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Şəkidə qoca kişilərin davası bıçaqlanma ilə bitdi

Dünən axşam saatlarında Şəki rayonunun Şin kəndi ərazisində bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, kənd sakinləri 72 yaşlı Cəlil Məmmədov və 68 yaşlı İlyas Həsənov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Onların həmkəndliləri 56 yaşlı Qərib Nəcəfov tərəfindən mübahisə zəminində bıçaqlanması məlum olub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.























































