Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!
Bugün, 15:34

TƏBRİK EDİRİK!

Yeni il təbriki.
Bugün, 10:32

Yeni il təbriki.

Sabah hava necə olacaq?
22-12-2025, 10:01

Sabah hava necə olacaq?

30 Tem 09:01Manşet / Sosial

Dağlıq ərazilərdə leysan olub

dagliq-erazilerde-leysan-olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Yardımlı və Altıağacda 1 mm-dir.

İyulun 29-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 30, Aran rayonlarında 40, Naxçıvan MR-də isə 41 dərəcəyədək isti qeydə alınıb.