Menu
Xəbər Lenti
NASA Ayda kənd yaradacaq
1-10-2025, 06:41

NASA Ayda kənd yaradacaq

Kütahyada daha bir zəlzələ
29-09-2025, 06:47

Kütahyada daha bir zəlzələ

30 Tem 09:40Manşet / Sosial

Tülin yumruğa görə cəzalandırıldı - Elektron qolbaq taxılacaq

tulin-yumruga-gore-cezalandirildi

Xuliqanlıqda ittiham olunan kikboksçu Tülin Ələkbərovanın mühakiməsi başa çatıb.

“Qafqazinfo”nun əldə eldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm açıqlanıb.

Tülin kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.

Bu əməlinə görə Tülinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.

Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb. Tülinə 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.

Sail Ağasəlim