Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Abşeronda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib - FOTOLAR

"Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda Abşeron raynunda tədbir keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Millət vəkili Müşfiq Məmmədli, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron-Xızı Rayonları Bölməsinin məsləhətçisi Eltac İsmayılov, Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədri Bahar Qasımova, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva, Abşeronda yaşayan keçmiş məcburi köçkünlərin bir qrupu, Abşeron rayonunun Ağsaqqallar Şurasının fəal üzvüləri, şəhid ailələri, gənc könüllülər fəal iştirak ediblər.
Tədbirdə çıxış edənlər "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi tərəfindən "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində nəzərdə tutulmuş bölgələrdə Qarabağdan olan məcburu köçkünlərlə birlikdə Qarabağa qayıdış əzmində keçirilən bu yönlü tədbirlərin ictimai-siyasi, mənəvi əhəmiyyətindən söz açıblar.
Natiqlər Qarabağa qayıdış ruhunda informasiya cəmiyyətinin fəallığının vacibliyinə diqqət çəkərək qeyd ediblər ki, 44 günlük tarixi qələbə Zəfərinin qazanılması, xalqımızın qalib xalq olaraq dünyaya tanıdılması hər bir Azərbaycan vətəndaşını ruhlandırır, dövlətə və cəmiyyətə faydalı yeni ideya və maarifləndirici təşəbbüslərin ortaya çıxmasına səbəb olur. Bu baxımından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müqəddəs şəhidlərimizin canı, qanı hesabına, Qazilərimizin sağlamlığının itirməsi nəticəsində azad edilmiş doğma Qarabağ qayıdış prosesi uğurla gerçəkləşdirilir. Beləki, qüdrətli dövlət başçısı, qalib Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Qarabağda həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri, Qarabağ bölgəsinin dirçəlişinə və daha da yüksəlişinə öz müsbət təsirini göstərir.Bununla yanaşı tarixi, əzəli torpağımız olan Qarabağda rallaşdırılan İctimai-siyasi, iqtisadi, mədəni əhəmiyyətli tədbirlər yerli və beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilərək təqdir edilir. Çıxışçılar onu da xüsusi olaraq qeyd ediblər ki, dünyada gedən informasiya müharibəsi fonunda Qarabağ həqiqətlərinin dünyaya təbliği, böyük qayıdışla bağlı əhalinin doğru məlmuatlandırlması ilə bağlı məsələrdə informasiya cəmiyyəti tərifindən həyata keçirilən bu sayaq layihələrin davamlığı informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
MİRİİB sədri, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal geniş məzmunlu çıxışında bildirib ki, QHT Agentliyi tərəfindən belə bir layihənin qalib edilməsi və donor dəstəyinin verilməsi "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində Abşeron və digər regionlarımızda nəzərdə tutulmuş bu sayaq tədbirləri keçirməkdə əsas məqsəd Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolunu gücləndirmək bu prosesin daha şəffaf, müsbət və məqsədyönlü şəkildə həyata keçirilməsinə vətəndaş cəmiyyəti dəstəyi göstərməkdir.
Qurum rəhbəri onu da qeyd edib ki, doğma Qarabağa qayıdış yalnız fiziki məkanın geri alınması deyil, həm də insanları, onların sosial əlaqələrini və mədəni irsini bərpa etmək deməkdir. Məlumatın düzgün və səmərəli paylaşılması insanların çətin və kritik dövrü daha asan və sakit keçirə bilməsi üçün vacibdir. Vaxtilə erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvarlarından didərgin salınmış məcburi köçkün soydaşlarımızla bu cür informasiya əhəmiyyətli maarifləndirmə yönümlü görüşlərin keçirilməsi bu proses də İnformasiya cəmiyyətinin fədarlığının artırılması Qarabağa qayıdan insanların öz ata-baba yurdlarına qayıdışına və daha asan adaptasiya olmalarına ictimai dəstək baxımından layihənin davamlılığı olduqca vacibdir. Layihə rəhbəri geniş məzmunlu çəxışında Prezidentin cənab İlham Əliyevin daxili və xarici siyasət kursunu əsas götürərək məcburi köçkün soydaşlarımızı Qarabağda yaşayaraq yenidən qurub yaratmağa, Qarbağın diriçəlişində və yüksəlişində birlik, həmrəylik əzmində olmağa səsləyib.
Qeyd edək ki, Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində növbəti yekun tədbir Qaradağ rayonunda keçiriləcək.


































































