Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Həkim satın aldığı körpəni yerə salıb başqa adla xəstəxanaya apardı - Türkiyədə qalmaqal

Türkiyədə həkim doqquzgünlük körpəni satın alıb.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, hadisə Kuşadası rayonunda qeydə alınıb.
Belə ki, övladı olmayan E.Şəbnəm adlı həkim maddi durumu aşağı olan anadan yenidoğulmuşu pul müqabilində qanunsuz olaraq alıb.
Hətta körpənin xidmətində durmaq üçün baxıcı da tutub, lakin ayağında axsaqlıq olan həkim körpəni evə apardıqdan sonra onu yerə salıb.
Daha sonra uşağı başqa körpənin şəxsiyyət məlumatları ilə müalicə üçün xəstəxanaya aparıb. Elə hadisənin üstü də bu zaman açılıb. Xəstəxana işçiləri körpənin vəziyyətinin ağır olduğu və onun reanimasiyada müalicə aldığını açıqlayıblar.
Sözügedən həkimlə bağlı isə “insan alveri” və “ehtiyatsızlıqdan zərər vurma” maddələri ilə cinayət işi açılıb. O, tutduğu vəzifədən azad edilib.
Araşdırma aparılır.




















































