Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
“Buna görə Obama və Klinton cavabdehlik daşıyır”

“Sabiq Prezident Barak Obama və dövlət katibi Hillari Klinton 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı materialları saxtalaşdırdıqlarına görə cavabdehlik daşımalıdırlar”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp “Newsmax”a müsahibəsində deyib.
Lakin o qeyd edib ki, bu məsələdə qərarı baş prokuror Pem Bondi verir: “Düşünürəm ki, onlar müəyyən bir məbləğ ödəməlidirlər. Yeri gəlmişkən, bu, çox böyük rəqəmdir”.
Həmin hadisələrdən danışan Amerika lideri əlavə edib ki, bu, ölkə tarixindəki ən böyük qalmaqallardan biridir. Eyni zamanda, o, ittihamın irəli sürülməsi qərarına təsir etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, ötən ay ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard Obama administrasiyasının ABŞ-də 2016-cı ildə keçirilmiş seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı yalan məlumat yaydığını bildirmişdi. ABŞ kəşfiyyatının hazırkı qiymətləndirməsi belədir ki, Rusiyanın seçkiyə müdaxilə etməklə bağlı nə imkanı, nə də arzusu olub. Qabbard Obamanın 2016-cı il seçkilərində qalib gələn Trampa problemlər yaratmaq üçün yalan məlumatların yayılmasına göstəriş verdiyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, işi dövlətə xəyanət cəhdi hesab etmək olar.






















































