Menu
Xəbər Lenti
Həsrət sevincə döndü.
29-06-2026, 14:18

Həsrət sevincə döndü.

Pərviz Şahbazova ağır itki
29-06-2026, 13:10

Pərviz Şahbazova ağır itki

08 Ağu 09:26Manşet / Sosial

Şahdağa dolu düşüb

sahdaga-dolu-dusub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Daşkəsən, Qusar, Qrız (Quba) və Şahdağda 1-8 mm-dək olub.

Avqustun 7-də saat 16:38-16:46 radələrində Şahdağa diametri 4 mm olan dolu düşüb.

Avqustun 7-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-də 41 dərəcəyədək isti qeydə alınıb.