Menu
Xəbər Lenti
Məşhur aktyor vəfat etdi
12-02-2026, 05:38

Məşhur aktyor vəfat etdi

Artıq heç-heçə olmayacaq
12-02-2026, 05:27

Artıq heç-heçə olmayacaq

10 Ağu 08:46Manşet / Sosial

Magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü

magistri-yenice-bitirib-qayitmisdi

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün saat 08 radələrində rayonun Qurbanəfəndi kəndi ərazisində “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub. 

Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, yaxınlarının paylaşdığı məlumata görə, Aydan bir ay əvvəl Pekin Universitetində magistr təhsilin bitirib qayıtmışdı.