Menu
Xəbər Lenti
Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

11 Ağu 09:33Manşet / Sosial

Bu rayonlara leysan yağır

bu-rayonlara-leysan-yagir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən xəbər verir ki, hazırda bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bildirilib ki, yağıntılar bir sıra ərazilərdə leysan xarakterlidir, şimşək çaxır.

Düşən yağıntının miqdarı Balakəndə 21, Qusarda (Laza) 13, Qubada 10, Xaltanda 9, Lənkəranda 8, Naftalanda 5, Yevlaxda 4, Şabranda 3, Lerik, Astara, Biləsuvar, Altıağac, Qəbələ, Qax(Sarıbaş), Ağstafa, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Bərdə, Tərtər, Mingəçevir, İmişli, Kürdəmir, Goranboy, Şirvan, Sabirabad, İsmayıllı, Göyçay, Xaçmaz, Kəlbəcər, Şahdağ, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Culfada 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir.