Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Daxili işlər naziri Vilayət Eyvazovun iştirakı ilə növbəti sıra baxışı keçirildi: 2025-ci ildə minlərlə gənc polis və daxili qoşunlarda xidmətə seçilir
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
“Uşaqlar bu istidə bağçada kondisionersiz qalıb”

“Uşaqlar isti yay günlərində əziyyət çəkirlər. Yasamalda yerləşən 345 nömrəli uşaq bağçasında kondisioner yoxdur”.
Bu şikayətlə “Qafqazinfo”ya bir qrup valideyn müraciət edib.
Onların sözlərinə görə, bağçada yalnız rəhbərlik, tibb və musiqi otaqlarında kondisioner quraşdırılıb. Amma həmin otaqlarda uşaqlar olmurlar: “Uşaqlarımızın sağlamlığı ciddi şəkildə təhlükədədir. MİDA yaşayış kompleksində yalnız bir uşaq bağçası yerləşir və uşaq sayı da kifayət qədər çoxdur. Bu səbəbdən həmin müəssisənin minimum standartlara uyğun olaraq soyutma vasitələri ilə təcili şəkildə təmin olunması zəruridir”.
Valideynlər, həmçinin bu problemə müvəqqəti həll yolu da təklif edirlər:“Hər gün axşam bağçadan gələn uşağı tər içində, yorğun görmək bizi ciddi narahat edir. Ən azından müvəqqəti olaraq uşaqların gün ərzində musiqi otağı kimi kondisionerli yerlərdə qalmasına şərait yaradılmalıdır”.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məktəbəqədər təhsil müəssisələrində əlverişli təlim mühitinin yaradılması məqsədilə otaqların temperaturu qanunvericiliyin tələbələrinə uyğun olaraq normada saxlanılır: “Temperaturun normadan artıq olduğu hallarda otaqların havalandırılması işçi heyət tərəfindən müntəzəm həyata keçirilir. Zərurət olduqda otaqların əlavə avadanlıqlarla təchiz edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə müraciət ünvanlanır”.
Fidan Etibar






















































