Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
Biri general-leytenant, ikisi general-mayor oldu - Onlar kimlərdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusuna ali hərbi rütbələr verilib. General-mayor Babək Vahid oğlu Qurbanov general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinov isə general-mayor rütbəsi ilə təltif edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general rütbəsinə yüksələn Azər Şirinov İkinci Qarabağ Müharibəsindən sonra Laçın Sərhəd Buraxılış Məntəqəsində sərhədçilərin rəisi olub.
Azər Şirinov Vətən Müharibəsindən sonra müxtəlif orden və medallarla təltif olunub. Hazırda isə DSX-də idarə rəisidir.
General-leytenant rütbəsi verilən Babək Qurbanov isə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışır. B.Qurbanov İkinci Qarabağ Müharibəsindən sonra general olmuşdu.
O, Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Ceyhun Nəbiyev isə Vətən Müharibəsində iştirak edən DSX-nin zabitlərindəndir.
Sail Ağasəlim























































