Xəbər Lenti
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 11:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dövlət Departamenti Qəzza sakinləri üçün vizaları dayandırdı

ABŞ Dövlət Departamenti Qəzza zolağından olanlar üçün bütün vizaların müvəqqəti dayandırıldığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, müvafiq bildiriş ABŞ Dövlət Departamenti tərəfindən “X” sosial şəbəkəsində yerləşdirilib.
Açıqlamada deyilir ki, prosedur “tam və hərtərəfli araşdırmaya qədər” dayandırılıb.
Dövlət Departamenti əlavə edib ki, ABŞ bu yaxınlarda tibbi və humanitar səbəblərə görə anklavın sakinlərinə az sayda müvəqqəti viza verib.




















































