Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Təyyarədə bələdçi Aydanla rastlaşdı - “Daha qəza olmayacaq...”

“AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğlu Tuqaya hadisə çox pis təsir etmiş, təyyarə qorxusu yaranmışdı. Hətta qardaşı doğulanda da nə qədər təkid etdik, Bakıya gəlmək istəmədi”.
“Qafqazinfo” xəbər verir ki, bu haqda şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat paylaşıb.
Onun sözlərinə görə, digər qardaşı Turalın oğlu olan Tuqay təyyarənin salonunda həmin qəzadan möcüzəvi şəkildə sağ çıxan bələdçi Aydan Rəhimli ilə rastlaşıb: “Bir neçə gün əvvəl valideynləri ilə birgə Bakıya gəlməyə razılaşan Tuqay təsadüfən qəzada sağ qalan, “Rəşadət” ordeni ilə təltif olunan Aydan xanımla təyyarənin salonunda rastlaşıb. Naxçıvandan qayıdan Aydan xanım ona təyyarənin qorxulu olmadığını, daha qəza olmayacağını, birlikdə rahat uçacaqlarını deyərək inandırmağı bacarıb”.
Qeyd edək ki, A.Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan ilk qadın kimi Azərbaycan tarixinə düşüb.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

























































