Xəbər Lenti
Bugün, 08:40
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Dün, 09:29
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
Dün, 09:07
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
20-12-2025, 13:14
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
20-12-2025, 13:09
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
Zelenski bu xanımı ABŞ-yə səfir təyin etdi

Ukraynanın ABŞ-dəki yeni səfiri Olqa Stefanişina olub.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında açıqlayıb.
“Mən indicə Ukraynanın ABŞ-dəkı yeni səfiri Olqa Stefanişina ilə danışdım. Rəsmi prosedurlar başa çatıb. Bu gün mən səfirin təyin edilməsi haqqında fərman imzaladım”, - Zelenski bildirib.
Qeyd edək ki, Olqa Stefanişina əvvəllər Ukrayna Baş nazirinin Avropa və Avroatlantika inteqrasiyası üzrə müavini vəzifəsində çalışıb və ötən il istefa verib. Ötən ay isə Ukrayna Prezidentinin ABŞ ilə əməkdaşlığın inkişafı məsələləri üzrə xüsusi səlahiyyətli nümayəndəsi təyin edilmişdi.






















































