Xəbər Lenti
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Şiddətli töhmət alan icra başçısı danışdı - “Prezident həmişə haqlıdır”
“Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz”.
“Qafqazinfo” xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin şiddətli töhmət verdiyi Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.
İcra başçısı bildirib ki, ölkə başçısının bu qərarından ciddi nəticə çıxaracaq: “İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.




















































