Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Bu maşınları sürmək yolverilməzdir!
Ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin istismarı yolverilməzdir. Nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməməsi və atmosferə normadan artıq zərərli tullantılar buraxması insanların sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, qurumun Ekoloji Nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilən nəzarət-profilaktik tədbirlər zamanı texniki cəhətdən nasaz və ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri müəyyən edilərək hərəkətdən kənarlaşdırılır, sürücüləri isə inzibati məsuliyyətə cəlb edilir.
İdarə bütün sürücülərə müraciət edərək, idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqətlə yanaşmağı, onların ekoloji tələblərə cavab verməsinə xüsusi önəm verməyi və yol hərəkəti təhlükəsizliyini hər zaman ön planda saxlamağı tövsiyə edir.






















































