Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

30 Ağu 08:56Manşet / Gündəm / Sosial

Bu maşınları sürmək yolverilməzdir!

 

Ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin istismarı yolverilməzdir. Nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməməsi və atmosferə normadan artıq zərərli tullantılar buraxması insanların sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, qurumun Ekoloji Nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilən nəzarət-profilaktik tədbirlər zamanı texniki cəhətdən nasaz və ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri müəyyən edilərək hərəkətdən kənarlaşdırılır, sürücüləri  isə inzibati məsuliyyətə cəlb edilir.

İdarə bütün sürücülərə müraciət edərək, idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqətlə yanaşmağı, onların ekoloji tələblərə cavab verməsinə xüsusi önəm verməyi və yol hərəkəti təhlükəsizliyini hər zaman ön planda saxlamağı tövsiyə edir.