III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Ərdoğanla Putin də Çindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tiencin şəhərinə səfər edib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Ərdoğanı Binhay Beynəlxalq Hava Limanında Çinin dövlət naziri Ley Haycao, Türkiyənin Pekindəki səfiri Səlçuk Ünal və səfirliyin əməkdaşları qarşılayıblar.
Ərdoğan ilə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, müdafiə naziri Yaşar Gülər və digər rəsmilər də səfərdə iştirak edir.
Türkiyə lideri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində Çin Sədri Si Cinpinin liderlərin şərəfinə verdiyi şam yeməyinə qatılacaq.
O, başda həmkarı Si Cinpin olmaqla digər liderlərlə də ikitərəfli danışıqlar aparacaq.
***
Rusiya Prezidenti Vladimir Putin də toplantıda iştirak üçün bu gün səhər saatlarında Çinin Tiencin şəhərinə gedib.
TASS-ın məlumatına görə, Rusiya liderini Siyasi Büro üzvü və Tiencin Partiya Komitəsinin katibi Çen Miner, Rusiyanın Çindəki fövqəladə və səlahiyyətli səfiri İqor Morqulov və Rusiyanın Çindəki xaricdəki nümayəndəliklərinin yüksək rütbəli diplomatik heyəti qarşılayıb.


