Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
Bugün, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

01 Eyl 14:25Manşet / İqtisadiyyat

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

mida-kreditine-ilkin-raziliq-ucun-banka-gelmeye-ehtiyac-qalmadi

ABB müştərilərin ipoteka kreditlərindən istifadə imkanlarını daha da genişləndirib. İndi MİDA (Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən tikilən mənzillərin ipoteka krediti ilə alışı üçün ilkin razılığın əldə olunması məqsədilə bank filialına gəlməyə gərək yoxdur. İlkin razılığı “ABB Home platforması üzərindən onlayn əldə etmək olar. Müştəri bununla vaxtına qənaət edir, ipoteka kreditinin əldə olunması prosesi sürətlənir.

Ölkəmizdə ipoteka bazarının lideri olan ABB-nin bu platformanı yaratmaqda məqsədi ipoteka ilə bağlı bütün xidmətləri bir platforma üzərindən çevik şəkildə təqdim etməkdir. “ABB Home” getdikcə təkmilləşdirilməklə beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılmaqdadır.

“ABB Home”da ipoteka kreditləri ilə bağlı bütün suallara cavab tapmaq olar. Belə ki, müştərilər burada şəxsi məlumatlarını daxil edərək özlərinə düşə biləcək kredit məbləğini hesablaya, ipoteka krediti verən ABB filiallarının ünvanını öyrənə, ipoteka kabineti vasitəsilə sənədlərini onlayn şəkildə əldə edib ipoteka krediti üçün müraciət prosesini buradan apara bilərlər.

Burada ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün süni intellekt modelləri əsasında çalışan “Əmlakın qiymətini öyrən” aləti də tətbiq olunur. Müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində yerləşən mənzillərin qiymətini asanlıqla öyrənirlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.