Xəbər Lenti
Dün, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Dün, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Ərdoğan silahlı hücumdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İzmir şəhərində polis bölməsinə edilən silahlı hücumdan danışıb.
“Qafqazinfo” “Hürriyət”ə istinadən xəbər verir ki, Ərdoğan 2 polisin həlak olduğu hadisə barədə araşdırma aparıldığını deyib.
Yeni tədris ilinin başlaması ilə əlaqədar tədbirə qatılan ölkə başçısı cinayəti törədən yeniyetmənin tutulduğunu qeyd edib: “Hadisədə həyatını itirən polislərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Şübhəli olan 16 yaşlı şəxs artıq saxlanılıb, onun əlaqələri araşdırılır. Bütün hüquq-mühafizə qurumlarımızın başı sağ olsun!”























































