Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Bu gün hamımızın sevimlisi, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil Cəfərovun doğum günüdür

Bu gün hamımızın sevimlisi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri, dəyərli ziyalımız Şamil Cəfərovun doğum günüdür. Onu doğum günü münasibətilə ürəkdən təbrik edirik!
Şamil müəllim hər zaman ədəbiyyata, mətbuata və cəmiyyətə öz töhfələrini verən, sözün gücünə inanan və qələmində həqiqət daşıyan şəxsiyyətlərdəndir. Onun rəhbərliyi altında fəaliyyət göstərən “Ulusestv.az” portalı cəmiyyətin informasiya ehtiyaclarını dolğun şəkildə qarşılayır, oxuculara dəqiq və operativ məlumatlar çatdırır. Peşəkar jurnalistikanın və ziyalılığın ən gözəl nümunəsini ortaya qoyan Şamil müəllim, həm də sadəliyi, səmimiyyəti və dostluğa bağlılığı ilə seçilir.
Bu xüsusi gündə biz ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayırıq. Qələmi daim iti, sözü daim kəsərli olsun. İnanırıq ki, Şamil Cəfərov bundan sonra da öz fəaliyyəti ilə həm jurnalistikamıza, həm də ədəbi mühitimizə dəyər qatacaq, gənclər üçün örnək olacaq.
Ad gününüz mübarək, Şamil müəllim! Sizə uğur, sevinc və xoşbəxtlik dolu illər arzulayırıq!
Hörmətlə,
Fərid Faiqoğlu






















































