Xəbər Lenti
29-07-2026, 08:52
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Azərbaycan Dabaq xəstəliyi ilə bağlı Nizamnaməyə qoşulacaq

Azərbaycan Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, sözügedən nizamnamə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilib.
Nuranə Daxilqızı























































