Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 12:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Beynəlxalq Telekommunikasiya İttifaqı ilə saziş imzalanacaq

Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiq ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, 17-28 noyabr 2025-ci ildə Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (ÜTIK) Bakıda keçiriləcək.
Nuranə Daxilqızı























































