Xəbər Lenti
Dün, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Dün, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Yaponiyada təyyarə təcili eniş etdi - Xəsarət alanlar var

Tokio yaxınlığındakı Narita hava limanından Filippinə uçan “United Airlines”a məxsus təyyarə Yaponiyanın Kansai hava limanına məcburi eniş edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NHK” məlumat yayıb.
Bildirilir ki, təyyarə 10.000 m yüksəklikdə, Vakayama şəhərindən 200 km aralıda olarkən yük anbarında mümkün yanğın barədə xəbərdarlıq siqnalı işə düşüb. Belə ki, ekipaj Kansai hava limanına təcili eniş etmək qərarına gəlib.
Enişdən sonra sərnişinlər təxliyə edilib. Nəticədə 5 nəfər xəsarətlər alıb.
Uçuş-enmə zolaqları bir neçə saat bağlansa da, sonradan hava limanı tam fəaliyyətini bərpa edib.






















































