Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
18-03-2026, 08:08
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Rusiya vətəndaşlarının viza işi çətinləşir

Avropa İttifaqı Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı mövqeyini sərtləşdirməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” qəzeti Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, ilin sonuna qədər Aİ tərkibinə daxil olan ölkələr üçün ruslara vizaların verilməsi ilə bağlı daha sərt tövsiyələri özündə əks etdirən yeni sənədlər dərc edəcək.
Lakin qeyd edilib ki, vizaların verilməsi Aİ-yə üzv ölkələrin səlahiyyətində olduğu üçün, Avropa Komissiyası Rusiya vətəndaşlarının bloka daxil olmasına tam qadağa qoya bilməz.























































