Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Polşa lideri NATO hərbçilərinin ölkədə qalması haqda fərman imzaladı

Polşa Prezidenti Karol Navroçki ölkədə əlavə NATO hərbçilərinin yerləşdirilməsinə icazə verən fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Polşa Milli Təhlükəsizlik Bürosu bəyan edib.
Sənədə əsasən ölkə başçısı “Şərq Qvardiyası” əməliyyatı çərçivəsində ölkədə əlavə NATO hərbçilərinin qalmasına razılıq verib.
Məxfilik əsas gətirilərək qərarın təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, ötən həftə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşa sərhədini pozduğu iddia edilən insidentdən sonra NATO şərq cinahının müdafiəsini gücləndirmək məqsədi ilə “Şərq Qvardiyası” əməliyyatına başlayıb.























































