"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
İsraildə nazirin keçmiş müşavirinin evində narkotik laboratoriyası aşkar edildi

İsraildə sosial bərabərlik naziri Mey Qolanın ofisində axtarış aparılıb, onun keçmiş köməkçilərindən birinin evində isə narkotik laboratoriyası aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Jerusalem Post” yazır.
Belə ki, sentyabrın 15-də polis ifrat sağçı siyasətçi Mey Qolanın ofisinə maliyyə pozuntuları, o cümlədən dövlət vəsaitlərindən sui-istifadə və fırıldaqçılıqda şübhəli bilinərək basqın edib. Qolanın əvvəllər müşaviri olmuş vəkili də həbs edilib.
Nazirin müşavirinin evində axtarış zamanı narkotik laboratoriyası aşkar olunub. Yerli mətbuatın yazdığına görə, onun əri marixuana yetişdirirmiş.
“The Times of Israel” yazır ki, Qolan aylardır istintaq altındadır. Onun ötən gün şübhəli şəxs qismində dindirilməsi planlaşdırılırdı. Qolan isə tərəfdaşları azad edildikdən sonra ifadə vermək imkanını nəzərdən keçirəcəyini bildirib. O, ona qarşı şübhə üçün heç bir əsas olmadığını iddia edib.






















































