Menu
Xəbər Lenti
Azərbaycanda Bilik Günüdür
15-09-2025, 06:27

Azərbaycanda Bilik Günüdür

18 Eyl 14:41Manşet / Gündəm

Mehman Novruzov – Masallının xeyirxah oğlu, Rusiyada deputat

 

Masallının tanınmış və xeyirxah oğullarından biri olan Mehman Novruzov Nadir oğlu, 1982-ci ildə Ərkivan qəsəbəsinin Qızlaküçə məhəlləsində anadan olmuşdur. Orta təhsilini Bağlaküçə kənd məktəbində tamamladıqdan sonra, 1998-ci ildə Bakı Biznes Universitetinin Hüquq Fakültəsinə daxil olmuş və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.


Hərbi xidmətini uğurla başa vurduqdan sonra, 2003-cü ildə Rusiya Federasiyasının Kostroma vilayətinə köçərək burada fəaliyyətini genişləndirmişdir. Mehman Novruzov, vilayətdə tanınmış iş adamıdır və iki uğurlu şirkətin – “Mənim Şəhərim” və “Təmiz Şəhər” – təsisçisidir. Bu şirkətlər şəhər infrastrukturuna, təmizliyinə və sosial layihələrə verdiyi töhfələr ilə diqqət çəkir.


2018-ci ildən Azərbaycan  Vilayət Diasporasının Kostroma üzrə sədr vəzifəsini icra edən Mehman Novruzov, Vahid Rusiya Partiyasının üzvü olaraq, 2025-ci ilin sentyabr ayında keçirilən vilayət şəhər Dumasının VIII çağırış seçkilərində qalib gələrək deputat seçilmişdir. Bu, onun həm iş dünyasındakı uğurlarının, həm də icma və sosial fəaliyyətlərinin tanınmasıdır.


Mehman Novruzovun fəaliyyəti yalnız işgüzar sahə ilə məhdudlaşmır. O, həmvətənlərimiz üçün daima dəyərli dəstək göstərir. Bura yaşayan azərbaycanlıların işlə təmin olunmasında yaxından iştirak edir, hüquqlarının qorunması və sosial müdafiəsi məsələlərinə xüsusi diqqət ayırır.


Eyni zamanda, Mehman Novruzov xeyirxah təşəbbüsləri ilə tanınır. O, müxtəlif sosial layihələrdə aktiv iştirak edir və sponsorluq göstərir, xüsusilə:


Aztəminatlı ailələrə dəstək;


Xəstəxanalar və dispanserlər üçün yardımlar;


Qocalar evlərinə diqqət və dəstək;


Təhsil, sağlamlıq və sosial rifah sahələrində müxtəlif təşəbbüslər.


Onun bu fəaliyyətləri, həm iş dünyasında, həm də icma həyatında nümunəvi sima kimi tanınmasına səbəb olmuşdur. Mehman Novruzovun Masallıya olan sevgisi və vətənpərvərliyi, onun uğurlarını daha da mənalı edir və həmvətənlərinə daim dəstək olmağı ön plana çıxarır.


Beləliklə, Mehman Novruzov Masallının fəxr etdiyi, həm xeyirxahlığı, həm işgüzarlığı, həm də vətənpərvərliyi ilə nümunə olan bir şəxsiyyətdir. Onun fəaliyyəti Rusiya və Masallı Azərbaycan icması üçün böyük dəstək, ilham və örnəkdir. Qeyd edək ki Mehman Novruzov 2024 cü ildə Ümrə Ziyarətində olmuşdur.


 

Ulusestv.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir