Xəbər Lenti
30-07-2026, 20:00
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
29-07-2026, 08:52
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv olunur

Azərbaycanla Surinam arasında viza rejimi qismən ləğv edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun X hesabındakı paylaşımında deyilir.
“Surinamlı həmkarım Melvin Bouva ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində görüşməyimə şadam.
Biz siyasi məsləhətləşmələri dərinləşdirmək, iqtisadi əlaqələri genişləndirmək və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq yollarını nəzərdən keçirdik.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzaladıq”, - XİN rəhbəri qeyd edib.


























































