Saturnun peykində həyat aşkarlandı
Alimlər Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkünlüyünü artıran yeni üzvi birləşmələrin kəşf edildiyini açıqlayıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Enselad Saturnun altıncı ən böyük peykidir və uzun müddət həyat axtarışı üçün əsas namizəd hesab olunurdu.
“Cassini” kosmik gəmisindən əldə edilən məlumatlar Ayın cənub qütbündəki yeraltı okeandan nəhəng buz və su buxarının püskürdüyünü göstərib.
Bu fenomenal hadisə isə daha sonra “James Webb” kosmik teleskopu tərəfindən təsdiqlənib. Alimlərin nəticələrinə görə, yalnız mövcud orqanik maddələr təsdiqlənməyib, həm də əvvəllər qeydə alınmamış yeni növlər də aşkarlanıb. Mütəxəssislər qeyd edirlər ki, bu kəşf hələ həyatın birbaşa sübutu olmasa da, mürəkkəb prekursor-bioloji proseslərin mövcudluğunu göstərir.