Menu
Xəbər Lenti
18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

05 Ekm 09:24Manşet / Gündəm / Dünya

Çin ordusu poliqonda Tayvan hökumət binalarının maketini qurub

Çin ordusu poliqonda Tayvan hökumət binalarının maketini qurub

Çin ordusu ən böyük poliqonlarından biri olan Çjujihedə Tayvan hökumət orqanlarının yerləşdiyi ərazinin maketini quraşdırıb.

Oxu.Az bu barədə "Sankei Shimbum" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, maketin ölçüləri 2020-ci ildən bəri təqribən üç dəfə böyüdülüb.

Məlumata görə, Çin poliqonda Tayvan parlamentinin binasının modelinin tikintisini bu yaxınarda başa çatdırıb. Bina maketdə Tayvan Prezident Sarayının yaxınlığında yerləşir. Buna qədər Tayvanın digər dövlət qurumlarının modelləri də peyk çəkilişləri vasitəsilə poliqonda aşkarlanıb.

Poliqonda 2020-ci ildən etibarən aparılan təlimlər zamanı prezident sarayı uğrunda döyüşlər imitasiya edilir.