Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
PKK/YPG Hələbdə Suriya qüvvələrinə hücum etdi

PKK/YPG terror təşkilatı Hələbdə Suriya qüvvələrinə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.
Məlumata görə, PKK/YPG terror təşkilatı üzvləri Hələbin mərkəzində Şeyx Maqsud məhəlləsində Suriya təhlükəsizlik qüvvələrinə ağır silahlarla hücuma keçib və Rəhman məscidinin ətrafını minaatanlarla hədəfə alıb.
Hücumlara təhlükəsizlik qüvvələri cavab verib və bölgədə fasilələrlə qarşıdurmalar davam edib.
Təhlükəsizlik bölmələri axşam saatlarında Şeyx Maqsud və Əşrəfiyyə məhəllələri ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.























































