Xəbər Lenti
Bugün, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
Dün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Dün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Dün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Dün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
ABŞ-də şatdaunu dayandırmaq cəhdi yenə uğursuz oldu

ABŞ Senatında hökuməti noyabrın 21-dək maliyyələşdirməyi nəzərdə tutan Respublikaçıların qanun layihəsi səs çoxluğu toplaya bilməyib. Layihə lehinə 52, əleyhinə isə 42 senator səs verib. Tələb olunan 60 səsə çatılmadığı üçün səsvermə uğursuz hesab olunub və şatdaun hələlik qüvvədə qalır.
“Qafqazinfo”nun məlumatına görə, Demokrat senatorlar Con Fetterman, Katrin Kortez Masto və müstəqil Anqus Kinq layihəni dəstəkləyib.
Respublikaçılardan yalnız senator Rand Pol sənədin əleyhinə çıxıb.
Eyni gündə Demokratların irəli sürdüyü alternativ layihə də Senat baryerini keçə bilməyib.























































