Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 12:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

“Mən qürur hissi ilə bildirirəm ki, İsrail və HƏMAS bizim sülh planımızın birinci mərhələsini imzaladılar”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail qoşunlarını razılaşdırılmış xəttə çəkəcək.
“Bütün tərəflərə ədalətli davranılacaq. Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür. Biz bu tarixi və misilsiz hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”, - deyə Tramp qeyd edib.























































