İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
İsrailin saxladığı türkiyəli deputatlar ölkələrinə qayıtdı

Türkiyənin xarici işlər nazirliyinin sözçüsü Öncü Keçeli İsrail tərəfindən saxlanılan “Azadlıq flotiliyası”nda olan 3 türk millət vəkilinin ölkəyə qayıtdığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
“Digər 18 vətəndaşın Türk Hava Yollarının təşkil etdiyi xüsusi reyslə sabah günortadan sonra ölkəmizə qayıtması gözlənilir”, - o bildirib.
Qeyd edək ki, Ö. Keçeli ötən gün həmin şəxslərin öncə Azərbaycana təxliyə ediləcəklərini açıqlamışdı. Onlar günorta saatlarında Azərbaycan Hava Yollarının reysi ilə İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion hava limanından Bakıya yola düşüb.
Xatırladaq ki, “Azadlıq flotiliyası” Qəzzaya humanitar yardım aparmaq üçün sentyabrın sonunda yola çıxmışdı. 9 gəmidən ibarət olan donanmada təqribən 150 nəfər iştirakçı yer almışdı. Onların arasında türkiyəli deputatlar, aktivistlər, jurnalistlər, hüquqşünaslar da olub. Oktyabrın 8-də gəmilər beynəlxalq sularda israilli hərbçilər tərəfindən saxlanılıb. Gəmilərin heyəti isə İsraildən deportasiya edilib.






















































