Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

10 Ekm 06:19Manşet / Dünya

Kiyevə genişmiqyaslı hava hücumu - Yaralılar var

kiyeve-genismiqyasli-hava-hucumu

Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, şəhərdə güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb. Hücumda dronlar və raketlər, o cümlədən ballistik raketlərdən istifadə olunub.

Kiyev meri Vitali Kliçko bildirib ki, 9 nəfər yaralanıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib. Şəhərin sol sahəsi işıqsız qalıb, su təchizatında problemlər yaranıb.

Peçerski rayonunda dron qalıqları yaşayış binasına düşüb, bir neçə mənzildə yanğın baş verib. Yanğın nəzarət altına alınıb.

Hücum təxminən 5 saat davam edib.